Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinə yeni üzv olan bir qrup fəal gənclə görüş keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkəmizdə gənclər üçün yaradılmış əlverişli şəraitdən söz açıb və Mingəçevirdə istifadəyə verilmiş Gənclər Evinin əhəmiyyətini diqqətə çatdırıb. O, Mərkəzə üzv olan gənclərə bir sıra tövsiyələr verərək, onları maraqlandıran sualları cavablandırıb.
Görüşdə həmçinin Mərkəzin ofisində yaradılmış klub və məktəblərin təqdimatı keçirilib.
Daha sonra ictimai fəallığı ilə seçilən bir neçə gəncə Mərkəzin diplomu təqdim edilib.
Qeyd edək ki, yaxın günlərdə Mərkəzin Ağcabədi, Gəncə, Sumqayıt, Hacıqabul və Quba nümayəndəliyinə üzv olan gənclərlə də görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB