"Müxalifətin qondarma Milli Şurasının elan olunan vahid namizədi yararsız çıxdıqdan sonra, düşərgədə proseslər daha da gərginləşdi, münaqişələr, mübahisələr yarandı. Müxalifət düşərgəsində qarşılıqlı münasibətlər psixoloji hədd səviyyəsinə qədər yüksəldi. Nəhayətdə Müsavat və AXCP açıq şəkildə bəyan etdi ki, Milli Şura ehtiyat vahid namizəd məsələsində razılığa gələ bilməsə, onlar öz aralarında vahid namizəd müəyyənləşdirəcəklər". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
O qeyd edib ki, məhz ehtiyat vahid namizədin elan olunması ilə də Milli Şurada daha gərgin proseslər baş verməyə başladı: "Cəmil Həsənlinin ehtiyat vahid namizəd olmasına açıq etirazını bildirən digər Milli Şura üzvləri başda Sülhəddin Əkbər olmaqla, bunu növbəti oyun adlandırdılar. Bu isə Cəmil Həsənlinin namizədliyi ancaq iki partiya tərəfindən dəstəklənməsi və ümumilikdə Milli Şura üzvlərinin buna razı olmaması faktını açıq şəkildə ortaya qoydu. Artıq nə Milli Şura, nə də onun köhnə namizədi müxalifətin yadına belə düşmür. Artıq Milli Şura müxalifət üçün nəyə və niyə lazımdır sualı ortadadır. Müxalifət yetgililərinin bir çoxu bu gərəksiz təşkilatın yaranma zərurətinə cavab tapmaqda çətinlik çəkirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB