Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BGİBİ) əlil və sosial müdafiəyə ehtiyacı olan uşaqların Şamaxı rayonuna ekskursiyası təşkil olunub. BGİBİ-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ekskursiyanın təşkilində məqsəd "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrası, həmçinin əlil və sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclərin qabiliyyətlərini inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradılması, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası və adaptasiyasını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, 30 nəfər uşaq və gəncin iştirak etdiyi ekskursiya çərçivəsində Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB