Kompüter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı başa çatıb
Kompüter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı başa çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə grə, birincilik uğrunda Azərbaycanın 22 rayon və şəhərindən komandalar 4 oyun qaydası üzrə mubarizə aparıblar. Qaliblər aşağıdakı qaydada müəyyən olunublar:
Super street fighter IV arcade oyunu üzrə:
1-ci yer - Orxan Qaralov (Bakı)
2-ci yer - Xalid Zeynalov (Bakı)
3-cü yer - Məmmədov Məmməd (Zaqatala)
Fifa 13 oyunu üzrə :
1-ci yer - Orxan Qurbanov (Bakı)
2-ci yer - Abduraxman Əliyev (Bakı)
3-cü yer - Rəşad Gumbatov (Bakı)
Counter strike 1.6 oyunu üzrə:
1-ci yer - Fairneyşn komandası (Bakı)
2-ci yer - Absolut komandası (Bakı)
3-cü yer - Breyffayf komandası (Bakı)
Cross fire oyunu üzrə:
1-ci yer - Elita komandası (Bakı)
2-ci yer - Azgamer komandası (Bakı)
3-cü yer - Şpeksgaming komandası (Bakı)
Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Kiber İdman Federasiyası" tərəfindən təsis edilmiş diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB