"MQF Seçki Koalisiyası" "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Qax rayonu və Şəki şəhərində keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə koalisiyanın təmsilçiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, MQF- nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, MQF-nin Qax rayon koordinatoru Atəş Babayev, MQF-nin Şəki şəhər koordinatoru İlqar İlyaslı, Zaqatala Rayon Musiqi məktəbinin direktoru Fərhad Süleymanoğlu, Tarix elmləri doktoru Camal Arıxov da iştirak edib.
Tədbirdə çıxış edən R.Zeyni ilk dəfə səs verəcək gənc seçicilərin hüquqları, seçki prosesi haqqında ətraflı məlumat verib.
Tədbirdə iştirak edən ekspertlər seçki qanunvericiliyi, seçki münasibətləri, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı exanizmi, seçki maarifçiliyi mövzusunda çıxışlar edib, iştirakçıların suallarını cavablandırıblar.
Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.
Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
(1).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB