Hicran Hüseynova Space konfransının sədri ilə görüşüb

Hicran Hüseynova Space konfransının sədri ilə görüşüb

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Avropa Parlamentlərarası Space konfransının sədri ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Komitə sədri Hicran Hüseynova Avropa Parlamentlərarası Space konfransının 2013-cü ildən sədri olan xanım Dominuque Tilmansla görüşərək bir sıra məsələləri müzakirə edib.

Görüş çərçivəsində əməkdaşlıq məsələləri və hər iki tərəfi maraqlandıran problemlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda Komitə sədri Azərbaycan Respublikasında ailə, qadın və uşaq sahəsində aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən söz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə