Azərbaycanda əlil gənclərin həyat şəraitinin yaxşılaşdırılmasına dair işlər aparılır. SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, əlillərin iştirakı ilə müxtəlif festivallar həyata keçirilir.
Nazirin sözlərinə görə, regionlarda əlillər üçün müəyyən layihələr nəzərdə tutulub.
"Bir müddət bundan əvvəl ölkəmizdə əlillər üçün yetərincə şərait yaradılmamışdı. Şəraitsizlik ucbatından onlar bayıra çıxa bilmirdilər. Çünki o zaman nə əlil arabaları, nə də küçədə olan pilləkənlər əlillər üçün yetərincə deyildi. Ancaq indi artıq bu problemlər aradan qaldırılır. Çalışırıq ki, tədbirlərdə, layihələrdə onların iştirakını artıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB