Sosial ipoteka kreditlərinin yeni üslubda verilməsi üzərində işlər aparılır

Sosial ipoteka kreditlərinin yeni üslubda verilməsi üzərində işlər aparılır

"Hazırda nazirliyin gənclərlə iş şöbəsində gənclərə sosial ipoteka kreditlərinin verilməsi ilə bağlı iş aparılır. Biz bu kreditlərin yeni üslubda verilməsi üzərində çalışırıq". SİA-nın xəbərinə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda gənclər üçün sosial kreditlər mövcud deyil: "Bu, çox önəmli məsələdir. Çalışacağıq ki, məsələ tezliklə öz həllini tapsın. Nazirlik tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Biz düşünürük ki, bu cür kreditlər regionlarda yaşayan gənclərə də verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə