Azad Rəhimov: “Biz çalışırıq ki, bütün addımlar barədə məlumatları ictimaiyyətə təqdim edək”
"Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər artmaqdadır və biz çalışırıq ki, bütün addımlar barədə məlumatları ictimaiyyətə təqdim edək". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov nazirliyin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə sahənin infrastrukturunun yaradılması istiqamətində işlərə start verib, ilk dəfə olaraq gənclərə sosial xidmət göstərən "Gənclər evləri"nin inşasına başlanılıb: "2006-cı ildən artıq 19 belə müəsssisə yaradılıb, növbəti 3 il ərzində onların sayının 2 dəfə artırılması nəzərdə tutulub. Bundan əlavə 82 ali və orta ixtisas müəssisəsində tələbə gənclər təşkilatları və onları birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılıb. Təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədilə 197 min tələbəyə 30 ölkədən 80 min obyektən imtiyazlı istifadə etmək hüququ verən vahid tələbə kartının pulsuz paylanmasına başlanılıb".
Bundan əlavə nazir qurumun gənclər sahəsi ilə fəaliyyət göstərən QHT-lərə dəstək olduğunu da vurğulayıb: "2013-cü ildə qurumun əsas fəaliyyəti davamlılıq, yenilikçilik, uğurlu layihələrin təkmilləşdirilməsi və yeni təsir vasitələrinin axtarışı prinsipi əsasında formalaşıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB