“24 kadr” film festivalına start verilib

“24 kadr” film festivalına start verilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Aygün Əliyeva tərəfindən həyata keçiriləcək "24 kadr" gənc rejissorlar üçün qısametrajlı film festivalına 1 sentyabr tarixində start verilib. Layihəyənin əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək və onları gördükləri işlərdə daha da stimullaşdırmaqdan ibarətdir.

Layihəyə start verilən gündən 3 ay ərzində gənc rejissorlar çəkdikləri filmləri (minumum 5, maksimum 15 dəqiqəlik) Təşkilat Komitəsinə təqdim edəcək. Kinoların təqdimat tarixi bitdikdən sonra ekspertlər tərəfindən kinolara ilkin baxış keçiriləcək və ən yaxşı 10 film festivalın final gecəsi təqdim edilmək üçün tövsiyə ediləcəkdir.

Festival günü həm ekspertlər qrupunun, həm də filmlərin çəkiliş qruplarının iştirakı ilə filmlərə baxılacaq və ekspertlər qrupu I, II, III yer tutan filmləri səsvermə ilə müəyyənləşdirəcək, bundan başqa "ən yaxşı aktrisa","ən yaxşı aktyor", "ən yaxşı ssenarist" və "ən yaxşı operator" nominasiyaları üzrə mükafatlandırma olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə