Son 10 ildə gənclər sahəsinə ayrılan büdcə 100 dəfə artırılıb

Son 10 ildə gənclər sahəsinə ayrılan büdcə 100 dəfə artırılıb

Son on ildə dövlət gənclər siyasəti sahəsinə ayrılan büdcə 100 dəfə artırılaraq 25 milyon manat təşkil edib. SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov nazirliyin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, 2003-cü ildə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə 245990 manat ayrılmışdısa, 2012-ci ildə bu rəqəm 25 milyon manat təşkil edib.

Onun sözlərinə görə, cari ilin yanvar-avqust aylarında gənclər siyasəti sahəsində 90-dan artıq tədbir həyata keçirilib ki, onlardan 18-i 30-dan çox ölkədə keçirilən beynəlxalq tədbir olub: "Nazirliyimiz gənclərlə bağlı 4 televiziya layihəsini dəstəkləyir. Bundan əlavə biz düşərgələrlə bağlı layihələri də davam etdiririk. Sözügedən düşərgələrdə 2600-də çox gənc iştirak edib".

Bütün xəbərlər Facebook səhifəmizdə