"Sentyabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq". Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq: "Ölkənin dağlıq və dağətəyi bölgələrində gecə və axşam qısa müddətli yağış yağma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir".
Şöbə müdiri qeyd edib ki, sentyabrın 6-dək güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB