ƏQRƏBLƏR özlərini yaxşı rəhbər kimi təqdim edəcəklər Qoroskop proqnozu
OĞLAQLAR qeyri-standart vəziyyətlərlə üzləşəcəklər. Diribaşlığınız sayəsində bunların öhdəsindən gələcəksiniz. Bu günlər işgüzar təkliflərdən boyun qaçırmasanız, pul problemləriniz uğurla həll olunacaqdır. Özünüz də yeni gəlir mənbələri axtarmağa başlayacaqsınız.
DOLÇALAR davranışlarına diqqət yetirməlidirlər. Kəmhövsələ olmağınız özünüzə ziyandır. Ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Buna yol verməmək üçün danışıqları təxirə salın. Arzuolunmayan mövzuya toxunmasanız, ailənizdə hər şey yağ kimi olacaqdır.
BALIQLARA yaxınları əl tutacaqlar. Onların köməyi ilə perspektivli bir müqavilə imzalayacaqsınız. Bu bürcün ailəli nümayəndələri mehriban dolanmalıdırlar. Yoxsa, bədxahlarınızın toruna düşə bilərsiniz. Yaxşı olar, təmkininizi qoruyub, heç bir münaqişəyə girməyəsiniz.
QOÇLAR başqalarının pulu ilə iş görməməli, öz pullarını isə qənaətlə xərcləməlidirlər. Bu həftə sizi maliyyə çətinlikləri gözləyir. İşdə məvacibinizi gecikdirəcəklər. Sizə borcu olan adamların isə hələlik borcu qaytarmaq imkanları yoxdur. Məyus olmayın. Bir həftədən sonra maliyyə çətinlikləriniz qəflətən başladığı kimi qəflətən də başa çatacaqdır.
BUĞALARI hər baxımdan uğurlu bir dövr gözləyir. Bu günlər maddi problemlərinizi uğurla həll edəcəksiniz. Yəqin ki, ya məvacibiniz artacaq, ya da sanballı pul mükafatı alacaqsınız. Məhəbbət məsələləri ölçülüb-biçilmiş münasibət tələb edir. Sonunda illüziya və xülyalardan qurtulacaqsınız.
ƏKİZLƏR özlərini əmək prosesi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati fəaliyyətə həsr etsələr, işdə fərqlənə bilərlər. Bütövlükdə bu həftə sizi karyera yüksəlişi ilə bağlı təşəbbüslərdə uğur gözləyir. Əlverişli məqamı əldən verməmək üçün vaxtınızı hədər yerə itirməyin, maksimum iş əzmi nümayiş etdirin. Belə münasibət xidməti pillələrlə irəliləmək şansınızı artıracaqdır.
XƏRÇƏNGLƏR bu həftə yığılıb qalmış problemlərini həll edəcəklər. Fəal və təşəbbüskar olun. Belə olarsa, çətinlikləriniz tədricən arxa plana keçəcəkdir. Bu həftə sənədlərlə və yuxarı dairələrə müraciətlə bağlı işləriniz uğurlu olacaqdır.
ŞİRLƏR bu həftə çox ünsiyyətcil olacaq, bir çox işlərdə uğur qazanacaq, planlarını həyata keçirəcəklər. Tərəfdaşlarınız, dostlarınız və sevdiyiniz insanlar sizə kömək edəcəklər. Ümumi məqsəd uğrunda çalışmaq, qarşılıqlı anlaşma və məhəbbət sevdiyiniz adamla münasibətlərinizin qayəsini təşkil edəcəkdir. O, bütün təşəbbüslərinizdə sizin ən etibarlı dayağınız olacaqdır.
QIZLAR ünsiyyət sayəsində gələcək üçün maksimum fayda əldə edəcəklər. Planlarınız həyata keçməyə başlayacaq, təzə ideyalarınız isə real cizgilər alacaqdır. Ailə həyatınız dolğun olacaqdır. Tərəf müqabilinizlə kollektiv yaradıcılığa başlayacaqsınız.
TƏRƏZİLƏR dostların və qohumların köməyi ilə yeni işə başlayacaqlar. Ehtimal ki, bu, yeni deyil, bir vaxtlar imtina etdiyiniz köhnə layihə olacaqdır. Yadda saxlayın ki, yeni işiniz sizdən maksimum diqqətli olmağı tələb edəcəkdir. Qətiyyətsizlik və inamsızlıq sizə mane ola bilər. Narahat və tələskən olmayın, yoxsa niyyətiniz elə niyyət olaraq qalacaqdır.
ƏQRƏBLƏR özlərini yaxşı rəhbər kimi təqdim edəcəklər. Şəxsiyyətinizə diqqətin artması xoşdur, lakin öz sözlərinizə və hərəkətlərinizə diqqətli olmağı tələb edir. Başqalarının təsiri altına düşməyin və taleyinizin kiminsə həll etməsinə yol verməyin. İndi sizə yalnız qətiyyət nümayiş etdirmək lazımdır. Öz maraqlarınızı dəqiq ifadə etməyi bacarmalısınız.
OXATANLAR mütləq dincəlməlidirlər. İnanın ki, bütün problemlərin həllini öz üzərinizə götürməsəniz, dəhşətli heç nə baş verməyəcəkdir. Vaxtınızın çoxunu ailənizə və dostlarınıza ayırın, birgə istirahət etməyə çalışın. Bu həftə yeni işlərə başlamasanız, cari işlərinizi sahmana salsanız, düzgün hərəkət etmiş olarsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB