Bütün QOÇLAR təbiətcə çox xəyalpərəstdir. Hətta iş adamları belə özlərini yalnız üzdə quru adam kimi göstərməyə çalışırlar. Bu həftə Mars planetinin təsiri bu cəhətinizi daha da gücləndirəcək. Ehtiyatlı olun. İlk təəssürata aldanmayın.
BUĞALAR imzaladıqları müqavilələrə sadiq olmalıdırlar. İlk baxışda əhəmiyyətsiz görünən cüzi detal təsdiq edilmiş layihənin icrasını poza bilər. İşlərinizin nə vəziyyətdə olduğunu bir daha yoxlayın. Heç nəyi gözdən qaçırmamısınız ki? İşgüzar tərəfdaşlar sizin sözübütöv və məsuliyyətli olmağınızı yüksək qiymətləndirəcəklər.
ƏKİZLƏRİ sirr dağarcığı adlandırmaq olmaz. Buna baxmayaraq, artıq həftə sonu ürəyinizdə bir neçə sirr gəzdirəcəksiniz. Bir neçə dəfə ürəyinizi boşaltmaq istəsəniz də, susmağa üstünlük verəcəksiniz. Düz də edəcəksiniz, çünki dilinizi dinc qoymasanız, biznesinizdə itkilərlə üzləşəcəksiniz.
Məzuniyyətləri başa çatan XƏRÇƏNGLƏR işə çətinliklə alışırlar. Əhval-ruhiyyənizdə qeyri-adi heç nə yoxdur. Buna baxmayaraq, son illər belə hisslərin neçə dəfə sizə hakim kəsilməsini xatırlayın. Bəlkə işinizi dəyişdirməyə ehtiyac var?
ŞİRLƏR həmişəki kimi iş başındadırlar. Siz karyerada qazandığınız uğurları möhkəmləndirməlisiniz. Rəhbərliklə və sanballı adamlarla münaqişəyə girmək məsləhət deyil. Hadisələrə daha çevik reaksiya verməlisiniz.
Uzaq keçmişdən gələn bir telefon zəngi QIZLARIN bütün işlərini dolaşdıra bilər. Sizi yoldan çıxarmalarına imkan verməyin. Qoy, keçmiş elə keçmişdə qalsın. İndi yeni işgüzar tərəfdaşlarınız var. Bir neçə cəbhəyə işləmək istəyiniz onların xoşuna gəlməyəcək.
TƏRƏZİLƏR iş yerində özlərini yormamalıdırlar. Çox işləmək səhhətinizdə, səhhətiniz isə biznesinizdə problemlər yarada bilər. Bunu himayədarınız olan Venera planeti də təqdir etmir.
ƏQRƏBLƏR etiraf edəcəklər ki, vəziyyəti dərindən başa düşmələrinə baxmayaraq, dəlil-sübutları çatışmır. Lakin problem bunda deyil. Siz insanların real vəziyyəti öyrənmələrindən çəkinirsiniz. Nəticədə həmkarlar arasında anlaşılmazlıq artır.
OXATANLAR yeni üfüqlər mənimsəyəcəklər. Sizi ezamiyyət gözləyir. İmtina etməyin, çünki sərfəli olacaq. Yol çətinliklərinə məhəl qoymayın. Milçəkdən fil düzəldib boş yerə həyəcanlanmayın. Hər şey yoluna düşəcək.
OĞLAQLARI gözlənilməz təklif gözləyir. Bu təklif xidməti pillələrlə irəliləməyinizə, maliyyə durumunuzu möhkəmləndirməyə imkan verəcək. Yaxşı-yaxşı düşünün. Soğan olsun, nağd olsun.
DOLÇALAR işdəki intriqalardan çəkinməli, amma özlərini o yerə qoymamalıdırlar. İstirahət günlərinə kimi hər şey unudulacaq. Yaxşı bazarlıq edib, gen-bol süfrə açın. Dostlarınızla görüşün, istirahət günlərini ailənizlə birlikdə keçirin.
BALIQLAR intuisiyalarının köməyi ilə sərfəli yatırımlar edəcəklər. Sadəcə, birja əməliyyatlarından uzaq olmağa çalışın. İndi bunun vaxtı deyil. Həftə sonu sizi mükafat gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB