AMEA-nın Mərkəzi Elmi Kitabxanasının doktorantı Tbilisidə

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının doktorantı Tbilisidə

23-26 oktyabrda Gürcüstanın paytaxtı Tbilisidə "Qafqazşünaslıq: Qafqazda çoxmədəniyyətlilik və tolerantlıq" mövzusunda III beynəlxalq konfrans keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının doktorantı Təranə Mirzəyeva iştirak edəcək. Konfransın təşkilatçıları qonşu ölkənin Tbilisi Dövlət Universiteti, Qafqazşünaslıq və Dilçilik institutlarıdır.

Tədbirə MDB və bir sıra Avropa dövlətlərindən gənc və qocaman alimlər qatılacaq. Gənc alim T.Mirzəyeva konfransda "Bakı-Tbilisi-Ceyhan Neft kəməri regional təhlükəsizliyin obyekti kimi" adlı məruzə ilə çıxış edəcək. Tədbirin keçirilməsində məqsəd Qafqaz regionunda çoxmədəniyyətlilik və tolerantlığın səviyyəsini öyrənmək, bu istiqamətdə aparılmış tədqiqatların nəticələrini müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə