AVCİYA seçkilərlə bağlı seminara yekun vurub

AVCİYA seçkilərlə bağlı seminara yekun vurub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. AVCİYA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Qəbələ, Oğuz, Ağdaş, Şəki, Qax, Zaqatala, Balakən, Gəncə, Göygöl və Şəmkir rayonları üzrə keçirilən seminarlardan sonra avqustun 29 – sentyabrın 2 – də AVCİYA Cəlilabad regional ofisinin təşkilatçılığı ilə Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib.

Əvvəlki seminarlarda olduğu kimi AVCİYA Seçki Qərargahının rəhbəri, dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçıları qarşısında məruzələr edib. Məruzəçi bu il keçiriləcək seçkilərə qərb ölkələrinin böyük önəm verdiyini, seçkiləri Avropa Şurasının və ATƏT – in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun geniş tərkibli müşahidə müssiyasının izləyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Bundan başqa Prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün yerli müşühidəçilərin də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bundan sonra M. Zülfüqarlı müşahidəçilərin seçki günü üç mərhələdə aparacağı monitorinq zamanı görəcəyi işlər, onların hüquq və vəzifələri haqqında konkret məlumatlar verib.

Qeyd edək ki, AVCİYA Seçki Qərargahı müşahidəçilər üçün seminarları sentyabr ayında davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə