"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, paytaxtda havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.
Şöbə müdirinin sözlərinə görə, bölgələrimizdə hava şəraiti gecə və axşam əsasən yağmursuz keçəcək, dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacaq: "Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB