Forumda iştirak edən tələbələrimizin coğrafiyası ilbəil genişlənir
Forumda iştirak edən tələbələrimizin coğrafiyası ilbəil genişlənir. Əgər ilk forumlara cəmi on-on beş xarici ölkədən tələbələrimiz qatılırdısa, bu günkü görüşdə artıq əlliyə yaxın ölkədə təhsil alan gənclərimiz iştirak edirlər. Bu dəfəki Forum öz formatı ilə də əvvəlkilərdən fərqlənir. Bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən ASAIF-ın həmtəsisçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Rüfət Əzizov AzərTAc-a müsahibəsində deyib.
R.Əzizov bildirib ki, ASAİF ənənəyə sadiq olaraq hər il Yay Forumunu keçirir. Bundan əlavə, hər il xaricdə təhsil alan tələbələrin iştirakı ilə Avropa ölkələrinin birində tədbirlər reallaşdırılır. ASAIF-ın əsas hədəfləri- xaricdə yaşayan, təhsil alan gənclər arasında şəbəkələşmə yaratmaq, gənclər təşkilatlarına dəstək vermək, yönləndirmək , müəyyən maddi texniki baza ilə təmin etmək, həmin təşkilatlara ölkəmizin ümummilli maraqlarını təbliğ etmək üçün diaspor və lobbiçilik işinin aparılmasında yardımçı olmaqdır. Digər məqsəd isə xaricdə təhsil alıb, Vətənə geri dönmüş gənclərimiz ilə dövlət qurumları arasında bir körpü yaratmaqdır. Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Təhsil, İdman və Gənclər nazirliklərinin, Dövlət Neft Fondunun və digər qurumların yüksək səviyyədə təmsil olunmaları ASAIF-in gənclərlə dövlətimiz arasında körpü funksiyasını layiiqincə yerinə yetirdiyini bir daha sübut edir . Forumda tələbələr müxtəlif dövlət qurumlarından birbaşa öz suallarına cavab alıb, müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB