Ermənistan silahlı birləşmələri atəşkəsi yenidən pozublar

Ermənistan silahlı birləşmələri atəşkəsi yenidən pozublar

Ermənistan ordusunun bölmələri avqustun 31-də və sentyabrın 1-də gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə