ASAIF-ın təşəbbüsü ilə İstanbulda və Londonda aksiyalar keçirilib

ASAIF-ın təşəbbüsü ilə İstanbulda və Londonda aksiyalar keçirilib

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) üzvləri olan və xaricdə təhsil alan gənclər daim ölkəmizin təbliği ilə məşğul olur, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində tədbirlər təşkil edirlər. Bunlara misal olaraq ASAIF-ın təşəbbüsü ilə İstanbulda və Londonda Xocalı soyqırımına həsr edilmiş aksiyaları göstərmək olar.

Bu sözləri ASAIF-ın XI Yay Forumunun iştirakçısı, təşkilatın həmtəsisçisi Ülkər İsayeva AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, gənclər təhsil aldıqları ölkədə hər hansı bir tədbir keçirmək istədikdə ASAIF-ə müraciət edə bilərlər. Forum onlara hər cür dəstək göstərməyə daim hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə