Baş Prokurorluq rəsmi məlumat yaydı

Baş Prokurorluq rəsmi məlumat yaydı

Avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanıb.

SİA-nın verdiyi məlumata görə, Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

Cinayətin aləti olan 1 ədəd "Makarov" tipli tapança maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə