ATƏT-in Bakı ofisi Şirvanda seçkilərlə bağlı sessiya keçirib FOTOLAR

ATƏT-in Bakı ofisi Şirvanda seçkilərlə bağlı sessiya keçirib FOTOLAR

ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə 21 şəhər və rayon icra hakimiyyəti başçılarının və dairə seçki komissiyalarının sədrləri üçün seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair məlumat sessiyası növbəti dəfə Şirvan şəhərində keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, sessiyanı Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov açıb.

Daha sonra ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay öz nitqində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası artıq Azərbaycanda öz işinə başladığını vurğulayıb. Səfir Koray Tarqay bildirib ki, Azərbaycan öz potensialını əsl mənada demokratik inkişaf vasitəsi ilə reallaşdıra bilər. ATƏT Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərin icrasında dəstəkləməyə davam edəcəkdir. Səfir ümid etdiyini bildirib ki, 9 oktyabr 2013-cü il tarixli prezident seçkilərində seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyaları bu sahədə irəliləyişin davamına yardımçı olacaq. Sessiyada MSK katibi Mikayıl Rəhimov, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov çıxış edərək icra orqanlarına tövsiyələrini verərək seçkilərə qanunsuz müdaxilənin Azərbaycan dövlətinin iradəsinə zidd olduğunu diqqətə çatdıraraq qanunla qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi xüsusi vurğulanıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə