İstirahət günü hava yağmurlu olacaq

İstirahət günü hava yağmurlu olacaq

"İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, lakin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, paytaxtda havanın temperaturunun gecə 18-22, gündüz 31-34 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur: "Lakin gecə və axşam bəzi dağlıq bölgələrdə qısa müddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə