Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu ölkə iqtisadiyyatında rəqabətqabliliyyətliliyin qiymətləndirilməsi sahəsində yeni metodlar araşdırır. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, məqsəd dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycandakı rəqabətqabliliyyətliliyə təsirinin müşahidə edilməsində yardımçı olmaqdır.
Tədqiqat Prezident yanında Elmin İnkişafı Fondundan qrant dəstəyinə layiq görülmüş "Azərbaycan iqtisadiyyatının davamlı inkişaf konsepsiyasında rəqabətqabliyyətliliyin qiymətləndirilməsi metodologıyalarının tədqiqi" adlı layihə çərçivəsində həyata keçirilir. Birillik tədqiqat 2014-cü ilin iyununda başa çatacaq.
Layihənin rəhbəri İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Sulduz Səlimov bildirir ki, dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycan iqtisadiyyatının rəqabətqabliliyyətliliyinə təsiri ölkənin davamlı inkişaf konsepsiyasının formalaşmasında özünü qabarıq şəkildə göstərir. Əsas məqsəd tədqiqat nəticəsində əldə olunacaq qiymətləndirmə metodlarının respublika iqtisadiyyatında tətbiq edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB