Dünən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) əlil gənclərin Şamaxı rayonuna ekskursiyasını təşkil edib. Ekskursiyada 30-a yaxın əlil, BŞGİBİ-nin nümayəndələri iştirak edib. Pirqulu kəndinin Qoşabulaq istirahət mərkəzində əlillər üçün qonaqlıq süfrəsi təşkil edilib.
Çıxış edən BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov bildirib ki, Azərbaycanda əlillərin şəraitinin yaxşılaşdırılması dövlətin qarşısında duran əsas vəzifələrdən biridir: "Əlillərə göstərilən diqqət və qayğı, onların işlə təminatı istiqamətində görülən işlər ildən-ilə artmaqdadır".
Daha sonra çıxış edən əlillər onlara yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB