Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirilib

Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirilib

Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirilib. SİA-nın verdiyi məlumata görə, yol nəqliyyat hadisələrinin sayının artması polisi hərəkətə gətirib. Şabran rayonunda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. Şabranda baş tutan reydin məqsədi baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Şabran RPŞ-nin DYPB-nin rəisi Mübariz Fətəliyev bildirib ki, reyddə 27 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Onlar arasında sürücülük vəsiqəsi olmayan, sürət həddini aşma, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub. Bütün qayda pozuntusuna görə yol polisi tərəfindən protokollar tərtib edilib.

Mübariz Fətəliyevin sözlərinə görə, DYP tərəfindən reydlər bundan sonrada mütamadi olaraq keçiriləcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə