Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul edib FOTOLAR

Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul edib FOTOLAR

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bu gün Astara rayon Mədəniyyət Evinin binasında vətəndaşları qəbul edərək onların təklif və şikayətlərini dinləyib.

SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik və Yardımlı rayonlarından 40-dək vətəndaş iştirak edib. DGK-nin struktur rəhbərlərinin də qatıldığı görüşdə vətəndaşların müraciətlərinin əksər hissəsi gömrük orqanlarında işə qəbul, bəzilərində isə Astara gömrük keçid məntəqəsindən malların idxal və ixracı, bununla bağlı sənədləşmə qaydaları ilə bağlı olub. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sərraf Misəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə