Cəmil Həsənli və Milli Şuranın bir neçə üzvünün Londona gedəcəyi barədə xəbəri müxalifətə xaricdən dəstək kimi qiymətləndirilməsi yanlış pafosdan başqa bir şey deyil. Müxalifət özünün olmayan imicinə guya Qərbdən dəstək gəlir görüntüsü əlavə etməyə çalışır. Yaxşı, əgər doğrudan da beləydisə, niyə müxalifət yetgililəri sırağa günə qədər Rusiya deyib, Rusiya eşidirdilər. Bəlkə, müxalifət onun məyus edən qütbdən qisas almaq üçün üzünü Qərbə tutur. Bunu açıqlamasında YAP Siyasi Şurasınınü üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
O, bildirib ki, Qərb İbrahimbəyov məsələsi və digər məqamlarda müxalifətin dilindən səslənən gedişlərə reaksiya verməyib və verməyəcək: "Ola bilsin ki, hansısa bir qeyri-hökümət təşkilatı onları yetərsaylığı təmin etmək üçün Londona dəvət edib. Və müxalifət də buna bizə Qərbdən dəstək var donu geyindirir. Hamı bilir ki, bunlar müxalifətin xəyallarından keçən arzulardır. Eyni zamanda görünür Şimal paytaxtindan yox cavabı alan müxalifət Qərb paytaxtında ümid axtarışındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB