Dövlət Milli Qəhrəmanlara diqqətini artırır

Elxan Uluxanlı: “Bu fərman Prezidentin Milli Qəhrəman ailələrinə göstərdiyi diqqətin bariz nümunəsidir"
Dövlət Milli Qəhrəmanlara diqqətini artırır

"Bu fərman ölkə rəhbərinin bir daha şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir". SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr Elxan Uluxanlı dövlət başçısının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara verilən Prezident təqaüdünün artırılmasının əhəmiyyətindən danışarkən belə deyib.

Təşkilat sədri bildirib ki, 2005-ci ildə prezident İlham Əliyev Milli Qəhrəman ailələrinə 600 manat məbləğində təqaüd veriləmsilə bağlı sərəncam imzalayıb: "Bir neçə gün bundan öncə yeni bir fərman imzalayaraq bu vəsaitin artırılmasını reallaşdıran ölkə rəhbərimiz bu addımı ilə bir daha Milli Qəhrəman ailələrinin rəğbətini qazandı. Təbii ki, verilən təqaüdlə də Milli Qəhrəman ailələrinin sosial rifahı bir qədər də yaxşılaşacaq, problemlərin həllinə şərait yaradacaq".

Elxan Uluxanlı bildirib ki, hazırda 211 Milli Qərəman adına layiq görüşmüş hərbiçimiz var. Onlardan 194-ü Azərbaycanın müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olub, 17-si isə sağdır.

Bütün xəbərlər Facebook səhifəmizdə