Yağan leysan yağışları Quba rayonunda da fəsadlar yaradıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, şəhərin Vaqif küçəsində, o cümlədən Qırmızı qəsəbə, Alekseyevka və Timiryazev kəndində ümumilikdə 100-ə yaxın mənzili və həyətləri su basıb.
Yerli sakinlərin verdiyi məlumata görə, 4 saat yağan leysan nəticəsində kanalizasiyalar daşıb və çirkab suları evlərə dolub. Nəticədə bəzi ev əşyaları sıradan çıxıb. Sakinlərin bildirdiyinə görə, bu vəziyyət artıq neçəci dəfədir təkrarlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB