Sabah hava necə olacaq?

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, paytaxtda havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək".

Məlumata əsasən, ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə böyük dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var: "Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə