Lənkəran ŞİH: "Məlumatlar yalan və iftiradan başqa bir şey deyil"

Lənkəran ŞİH: "Məlumatlar yalan və iftiradan başqa bir şey deyil"

Lənkəran Şəhər İcra Hakimiyyətinin fəaliyyəti bəzi mətbu orqanların yuxusuna haram qatıb. Belə saytların birinin bu günkü sayı ənənəvi olaraq Şəhər İcra Hakimiyyəti haqda bəzi xoşagəlməz, ürəkbulandıran və əlbəttə həqiqətdən xeyli uzaq məqalələrə yer verib. SİA-ya açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, Lənkəran ŞİH başçısı barədə tənqidi yazılara təkzib vermək məqsədilə guya başçının köməkçisinin mətbu orqanlar tapmağa çalışması barədə məlumatlar yalan və iftiradan başqa bir şey deyil.

"Əvvələn bolgexeber.com və onun züy tutduğu digər saytlar hansı rəsmi mənbələrə əsaslanıb uydurduqlarını obyektiv fakt adlandırırlar? Yoxdur belə fakt və ola da bilməz. Ona görə ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov çalışdığı vəzifələrdə həmişə şəffaf fəaliyyətlə məşğul olmuşdur və xeyirxah əməlləri ilə yadda qalmışdır. Siz isə bütün əxlaq normalarını keçərək hər şeyə qara prizmanızdan baxırsınız. Həqiqəti söyləyən mətbu orqanların düzgün mövqeyinə aqressiv və qısqanc münasibətiniz bunu bir daha sübut edir. Görəsən, sizi idarə edənlər, ya da sizlər istədiklərinizə nail olsaydınız bu şər və böhtanı yazmazdınız? Cavab çox da vacib deyil. Düşündükləriniz bizim iş prinsiplərimizə uyğun deyil. Biz düz yolumuzla gedirik. Hər şeyi öz arşınızla ölçməyin. Azərbaycanda sözün düzünü deyən, həqiqəti yazan, inkişafımızı təbliğ edən mətbu orqanlarımız həmişə olub, bu gün də var, sabah da olacaq. Sizi də həqiqəti yazmağa dəvət edirik, əgər qara niyyətlərinizdən əl çəkə bilsəniz", deyə nümayəndə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə