Rüstəm İbrahimbəyovun yanında olanlar da özü kimi ermənipərəstdir. Çünki erməniləri dəstəkləyən birinin yanında olaraq ona dəstək vermək bir daha sübut edir ki, içində erməni sevgisi olan bəziləri dolayısı yolla olsa belə ermənilərə dəstək verir. Özünü millətə ziyalı kimi sırıyan İbrahimbəyov əslində ziyalılıq təbəqəsindən çox-çox uzaqdır. Belə bir insanı az qala xalqın "xilaskarı" kimi qələmə vermək istəyənlər özlərini gülüş obyektinə çevirdilər.
R.İbrahimbəyovun ciddi buraxdığı səhvlərlə bağlı digər bir məqama toxunduqda, Milli Məclisin deputatı Bəxtiyar Əliyevin "Hərdəmxəyalın seçki sərgüzəştləri" adlı məqaləsində də bu insana qarşı tutulan iradların nə dərəcədə real olduğunu görə bilirik. Bu torpaqda böyüyən, havasını udan, çörəyini yeyən, suyunu içən amma yenə həyatı boyu bizlərə yad olan insanlar yüz il əvvəl də vardı bu gün də vardır. "Milli Şura"nın bundan əvvəlki "vahid namizəd"i kimi bu gün də seçdikləri ehtiyat "vahid namizəd"in də hansı məqsədə qulluq etdiyini anlamaq olmur. Bir məsələ danılmazdır ki, məntiqsiz əqidəyə qulluq edən insanlar bu qondarma qurumda birləşdilər. Zori Balayan, Silva Kaputikiyan ermənilər üçün bacardıqları yaxşılıqları etməkdən boyun qaçırmadılar. Bunları başa düşdük, ermənidirlər. Bəs R.İbrahimbəyova nə gəlib? Görəsən, bu qoca kinorejissor niyə gedib sənəti ilə məşğul olmur?! Yəqin qocalığından ağlına yeni ideyalar, yeni senarilər gəlmir.
Sonda bir daha qeyd edək ki, R.İbrahimbəyovla bir yerdə Şura yaradanlar, ona dəstək verənlər bu millətin düşmənləri və əsl erməni qullarıdırlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB