Siyəzəndə abadlıq və quruculuq işləri dövlət büdcəsi hesabına həyata keçirilir
"Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı Arif Qasımovun rayon ərazisindəki obyektlərə total hücum əmri verməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur." Bu barədə açıqlamanı SİA-ya Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov verib.
E.Heydərov bildirib ki, guya rayon sakinlərinin adından yayılan bu kimi informasiyaların mənbəyi yoxdur: "Rayonda aparılan abadlıq və quruculuq işləri hər zaman olduğu kimi, bu gün də dövlət büdcəsi hesabına həyata keçirilir. Rayonda hər yerdə təmizlik, abadlıq-quruculuq işləri davam edir. Siyəzənin inkişafı və əhalinin rahatlığı naminə görülən bu işləri sakinlərin böyük razılıqla qarşıladığı və bu işlərə görə Prezidentə dərin minnətdarlıqlarını bildirdikləri halda hansı hücumdan söhbət gedə bilər? Sahibkarlar öz işləri ilə məşğuldurlar, biz yalnız onların azad və sağlam fəaliyyəti ilə üçün dəstək göstəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB