Zərdab şəhərinə mavi yanacaq təchizatı dayandırıldı

Zərdab şəhərinə mavi yanacaq təchizatı dayandırıldı

Təmir işləri ilə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək "Zərdab" Qazpaylayıcı Stansiyası, avqustun 28-29-da isə "Şirvan" QPS-dən qidalanan "Hacıqəhrəmanlı" və "Şirvan sənaye" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. "Azəriqaz" İB-dən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Zərdab şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinə və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə