Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı və bunun nəticəsində də gənclərin ictimai-siyasi həyatda göstərmiş olduğu fəallıqla bağlı mövzumuza münasibət bildirən müsahiblərimiz fikirlərini belə ifadə etdilər.
Sərraf Balaxan,
YAP Gənclər Birliyi Ofisinin rəhbəri:
- Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Bu gün də bu proses davam etməkdədir. Azərbaycan dövləti həm gənc dövlətdir, həm də gənclərin dövlətidir. Çünki gəncliyə göstərilən diqqət ən yüksək səviyyədədir. Bunun nəticəsidir ki, gənclər bu gün böyük gücə çevrilib, dövlətin maraqlarının təmin olunmasında aparıcı qüvvə, ölkə rəhbərinin ən böyük dəstəkçisi olublar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu öz uğurlu nəticələrini doğurur. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada Ümummilli Lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: "Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır". Ümumilli Liderin Azərbaycan gəncliyi ilə bağlı olan konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünüdərk, özünü təsdiq yaranmalıdır. "Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər". Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir. Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qrumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhtəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır. Hər bir gənc kimi mən də Azərbaycan gəncliyinin vətəninə və xalqına olan xidmət amalını yüksək dəyərləndirir və vətən, millət üçün gördüyü işlərdə hər bir gəncə uğur diləyirəm. Xüsusən qarşımızda dayanmış ən böyük imtahan olan Prezident seçkilərində öz iradələrini dövlətin, xalqın və millətin xeyrinə ifadə etmələrinə, bugünkü Azərbaycanı böyük cəsarətlə idarə edən Cənab İlham Əliyevə dəstək olacaqlarına əmin olduğumu ifadə edirəm.
Anar Şahmuradov,
YAP Ağdaş Gənclər Birliyinin sədri:
- Bu günkü Azərbaycan gəncliyi öz bilik və bacarığına görə seçilməkdədir. Gənclərimizin təhsilə göstərdiyi maraq, həmçinin hər il xaricdə təhsil alan gənclərimizin sayının artması buna sübutdur. Təbii ki, yüksək təhsilli və intellektual gəncliyin ölkənin ictimai, siyasi mühitinə təsiri olmamış deyildir. Hesab edirəm ki, bu işdə müasir texnologiya vasitələri də gənclərimizə əlavə imkanlar verir. Fəal olmaq olar. Əsas məsələ odur ki, sənin fəaliyyətin nəticəyönümlü olsun. Bunun üçün də yüksək təhsillə yanaşı, düzgün seçim etmək bacarığının olmasıdır. Sevindirici hal odur ki, bu gün düzgün seçim etmək bacarığı olan gənclərimiz minlərlədir və belə gənclərimiz Yeni Azərbaycan Partiyasında birləşirlər.
Anar Xəlilov,
"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri:
- Bu gün Azərbaycan gəncləri ölkənin ictimai siyasi həyatında öz sözünü deməklə burada mühüm rol oynayır. Ümumiyyətlə intelektual və yaradıcı gənclərimizin ictimai həyatımızda aktivlik nümayiş etdirmələri həm arzu edilən həm də vacib bir məsələdir. Xüsusən də intelektual gənclərimiz bu sahədə öz fəaliyyətlərini genişləndirməlidir. Gənclər təşkilatlarında intelektual gəncliyə bu gün çox böyük ehtiyac var. 1990-cı illərin sonu 2000-ci illərin əvvəlllərində olduğu kimi intelektual gəncliyin ictimai həyatımızdakı aktivliyi bu gün də dinamik. Məlumdur ki, bu gün hər bir şəraitin yaradılması Azərbaycan gəncliyinin səsinin dünyanın aparıcı universitetlərindən gəlməsinə səbəb olur. Bu gün Azərbaycan gəncliyinin layiqli nümayəndəsi olan Leyla Əliyeva çox böyük işlər görür və Azərbaycan həqiqətlərini dünyada təbliğ edir. Mən ölkə Prezidentinin gənclər siyasətinə verdiyi önəmi bir daha gənclərimizin diqqətinə çatdıraraq gəncliyimizi ictimai həyatda daha çox aktivliyə çağırıram.
Rahil Şükürov,
YAP Binəqədi rayon Gənclər Birliyinin sədr müavini:
- Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən ikinci dəfə hakimiyyətə qaydışından sonura dövlət siyasətinin digər sahələrində olduğu kimi gənclər siyasətindədə mühüm dönüş nöqtəsi oldu.Dünyada , o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bu dövürdə vacib amillərdən biri atıldı.1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanı lə Gənclər və İdman Naziliyi yaradıldı. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.Bundan sonura davamlı olaraq Dövlət Gənclər Siyasəti Haqqında Fərmanı, 2 fevral Gənclər Günün elan edilməsi və s.qəbul olunmuş proqramlar gənclərə yönələn uğurlu siyasətin başlanğıcı idi. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. 1996- cı ildən başlayaraq Gənclərin I Ümumrepublika Forumunun keçirilməsi, 2 fevral Gənclər Günü elan edilməsi nəticəsində ölkəmizdə Dövlət Gənclər siyasəti uğurunun yeni mərhələsinə qədəm qoydu. İndiki dövrlərdə də bu uğurlu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və məqsədyönlü şəkildə davam etdirilir.
Bu gün aparılan uğurlu Dövlət gənclər siyasətinin əsas məğzi gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB