Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğaflini qəbul edib.
SİA-nın verdiyi məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək hərbi sərgidə iştirak etmək üçün ölkəsinin müdafiə nazirinin dəvətini nazir Səfər Əbiyevə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB