Bu gün Lənkəranda guya aranın qarışdığı barədə jam.az saytında tamamilə yalan informasiya yayılıb. Əslində Lənkəranda çox sakit ictimai-siyasi durum, işgüzar ab-hava hökm sürür. Hər yerdə təmizlik, abadlıq-quruculuq işləri davam edir. Şəhərdə yeni su-kanalizasiya, qəsəbə və kəndlərdə qaz xətləri çəkilir, küçələr asfaltlanır, müasir işıqlandırıcılar qüraşdırılır.Lənkəran şəhərinin inkişafı və əhalinin rahatlığı naminə görülən bu işləri sakinlərin böyük razılıqla qarşıladığı və bu işlərə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdikləri halda görəsən, söhbət hansı araqarışmadan gedir? Əlbəttə, heç bir araqarışmadan söhbət gedə bilməz. Söhbət yalnız çirkin niyyətli insanların məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etmələrindən gedə bilər. Çünki bu adamlar dərin düşüncəyə malik olmadıqlarından bu cür çızma-qara yalan yazılarla kimləri isə qorxudub istədiklərini almağa çalışırlar. Məqsədlərinə nail olmadıqda isə qeyri etik ifadələrdən istifadə edirlər. Məlumat SİA-ya Lənkəran Şəhər İcra Hakimiyyətindən daxil olub.
Məlumatda bildirilir ki, bütün cəhdlər əbəsdir. Xəbəri yayanlar hərəkətlərindən utansınlar: "Əgər bu yolla nəsə qazanmaq istəyirsinizsə, bu mümkün deyil. Sizin söylədiyiniz yalan və iftiralara görə Lənkəranda qazanacağınız yalnız əhalinin nifrəti və tənəsi olacaq".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB