Geologiya İnstitutunun alimləri rusiyalı həmkarları ilə birgə

Geologiya İnstitutunun alimləri rusiyalı həmkarları ilə birgə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri rusiyalı həmkarları ilə "Qafqaz regionunun müasir geodinamikası, fluid rejimi və neftqazlığı" mövzusunda elmi-tədqiqat işləri aparır. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Rusiya Elmlər Akademiyası (REA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-minerologiya elmlər doktoru Vasili Lavruşin AMEA Geologiya İnstitutunda səfərdədir.

Alimlər Azərbaycanın palçıq vulkanları, yeraltı suları və Eosen-Meosen yaşlı geoloji kəsişləri ilə bağlı araşdırmalar aparır. Talış, Şamaxı, Quba, Lahıc və s. bölgələrdə çöl işləri aparılır, qaz, su, vulkan palçığı və süxur nümunələri götürülür. Nümunələr REA Geologiya İnstitutunda analiz olunacaq.

AMEA Geologiya İnstitutunun Palçıq vulkanizm şöbəsinin rəhbəri, professor Adil Əliyev bildirib ki, 2010-cu ildə başlanmış tədqiqatlar 2015-ci ilə qədər davam edəcək. Tədqiqatların nəticələri Qafqazın ümumi geologiyası ilə aparılan araşdırmaların nəticələrinə əlavə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə