"Qarabağ müharibəsi əlillərinin hər birinə mənzil veriləcək" müjdə
"Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün də ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək". SİA-nın məlumatına görə, bunu yap.org.az saytına verdiyi müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli ƏIəkbərov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərin uğurlu davamı kimi, hazırda əlil və şəhid ailələri üçün Bərdə, Xaçmaz, Qax və Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur və həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur: "İmtiyazlı əlillərin minik avtomobilləri ilə təminatı işləri də son on ildə xeyli güclənib. Belə ki, 1998-2003-cü illər ərzində müharibə əlillərinə 1230 ədəd minik avtomobil verilmişdisə, 2004-2013-cu illərdə 2300-dən çox minik avtomobili əlillərə təqdim edilib, ümumilikdə indiyədək 3526 nəfər əlilə dövlət hesabına minik avtomobili verilib. Cari ildə əlillərə təqdim edilmək üçün daha 280 ədəd minik avtomobili alınıb. İlk vaxtlar əlil vətəndaşlara "OKA" markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı, son illərdə isə NAZ-Lifan markalı avtomobillər əvəz edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB