120 904 ailənin hər birinə 120 manata qədər ünvanlı yardım ödənilir
"Cari ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir. Onu da bildirim ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına verdiyi müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
"Əlbəttə, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər. 2003-2013-cü illərdə ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi, respublikada əlilliyin artım tempinin qarşısı alınmış, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir",- deyə nazir fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB