"Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, lakin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Avqustun 28-də ölkənin bölgələrində hava əsasən yağmursuz keçəcək: "Lakin dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB