Məvacibinizin artmasını istədiyinizi rəhbərliyin qulağına pıçıldaya bilərsiniz Ulduzların məsləhəti
OĞLAQLAR məqsədə çatmaq üçün fikirlərini cəmləşdirməli, qətiyyətli olmalıdırlar. İşgüzar görüşlər, danışıqlar və müqavilələrin imzalanması bu həftə çox uğurlu olacaq. İşdəki hadisələr sizi sevindirəcəkdir və seçdiyiniz peşənin təsadüfi olmadığını bir daha təsdiq edəcək. Nəzərdə tutulmayan xərclər çoxlu pul tələb edəcək. Ona görə də əhəmiyyətsiz xərcləri istisna etməlisiniz.
DOLÇALAR ətraflarına çoxlu dost toplayacaqlar. Plan və ideyalarınızı həyata keçirərkən insanların qərəzli münasibətindən çəkinməyin. Amma onların etibarından da sui-istifadə etməyin. İşinizə yaradıcı yanaşmanız, orijinal ideyalarınız yeni işgüzar tərəfdaşlarınıza maraqlı görünəcək və qarşınızda yaxşı maliyyə perspektivləri açacaqdır. Bu həftə əliniz pul ilə oynayacaq. Bədxərclik etməsəniz, uzun müddət maliyyə sarıdan əziyyət çəkməyəcəksiniz.
QOÇLAR hadisələri tələsdirməməlidirlər. Onda hər şey ürəyinizcə olacaqdır. Hər bir məsələdə ortaq məxrəcə gəlməlisiniz. Zəhmətinizin bəhrəsini görmək vaxtı çatıb. Amma hər şeyi bir nəfəsə deyil, tədricən etməlisiniz. Rifahınızın yaxşılaşması sayəsində ayaq üstə möhkəm dayandığınızı hiss edirsiniz, qarşıda çox yaxşı perspektivlər görünür. Yaxşı olar, istirahət günlərini ailənizlə birlikdə keçirəsiniz. Evdəkilər diqqətsizliyinizdən şikayətlənirlər.
BUĞALAR bu həftə yalnız və yalnız özlərinə güvənməlidirlər. Hərçənd başqalarının köməyinə də ehtiyacınız olacaqdır. Tanımadığınız işlərə, riskli layihələrə başlamayın. Sonra əlinizdən tutan olmayacaq. Bədxahlarınızı gözdən qoymayın. Onlar sizin planlarınıza mane olmağa çalışacaqlar.
ƏKİZLƏR boş-boşuna vurnuxmamalıdırlar. Yoxsa işgüzar xarakterli planlarınız zərbə altında qalacaq. İşlərinizdə müəyyən müvəffəqiyyət qazana bilərsiniz, lakin öz fəaliyyətinizi səylə planlaşdırmalısınız. Siz yarımçıq işlərinizi bitirib, ayın sonu üçün gördüyünüz işlər barədə hesabat hazırlamalısınız.
XƏRÇƏNGLƏR hadisələri təhlil edib nəticə çıxarmalıdırlar. Riskli işlərdən uzaq qaçmalısınız. Maliyyə məsələlərində çox diqqətli olmalısınız. Kiçik bir səhv bütün hesabları dolaşdıra bilər. Diqqətinizi işiniz üzərində cəmləşdirməlisiniz ki, kollektivdə münaqişəyə səbəb olmayasınız.
ŞİRLƏR yeni nailiyyətlər dövrünə qədəm qoyurlar. Sizdən qətiyyət, istedadınızı tam ortaya qoymaq, işgüzar bacarığınızı nümayiş etdirmək tələb olunacaqdır. Yadda saxlayın ki, əsas döyüşü udmaq üçün xırda məsələlərdə güzəştə getmək lazımdır. İşgüzarlığınız sayəsində ailənizin maliyyə durumunu xeyli düzələcəkdir.
QIZLAR üçün bütün həftə dostluq münasibətləri şüarı altında keçəcəkdir. Həyat dolusu nəfəs almaq üçün dostlarınızla görüşüb onlarla fəlsəfi mövzuları müzakirə etməlisiniz. Yeni gəlirlər maddi imkanlarınızı genişləndirəcək, ürəyinizdən keçənləri almağa imkan verəcəkdir.
TƏRƏZİLƏR istedadları ilə parlayacaqlar. Bu həftə sizdən fəal olmağı tələb edəcəkdir. Yaxşı olar, vaxtınızın çoxunu şəxsi yüksəlişinizə həsr edəsiniz. İstirahət günlərini yaxınlarınızla ünsiyyətdə olun. Bu, sizə böyük enerji verəcəkdir. Nəvazişkar və qayğıkeş olmağınız doğmalarınızı təəccübləndirəcək, sizə isə mənəvi rahatlıq bəxş edəcəkdir.
ƏQRƏBLƏR çevik qərarlar qəbul etməlidirlər. Uğur qazanmağınız məhz operativliyinizdən asılı olacaq. Həm özünüzə, həm də başqalarına qarşı dürüst olmağa çalışın. Maddi durumunuz kifayət qədər sabitdir, artıq pul da çölə tökülməyib. Məvacibinizin artmasını istədiyinizi rəhbərliyin qulağına pıçıldaya bilərsiniz. Çox güman, təklifiniz qəbul olunacaq.
OXATANLAR cəmiyyətdə özlərini yaxşı təqdim edəcək, parlaq və orijinal göstərəcəklər. Bütün işlərinizdə yaxınlarınızın və dostlarınızın köməyinə bel bağlaya bilərsiniz. Qohumlarınızla yaxşı davranmağa çalışın. Doğrudur, birinci dəfədən buna nail olmaq çətin olacaqdır. İstirahət günlərinə yaxın evinizə və ailənizə daha çox vaxt ayırın, bunun üçün gücünüzü əsirgəməyin. Yaxınlarınız sizin bu münasibətinizi layiqincə qiymətləndirəcəklər.
BALIQLAR bu həftə çoxlu maraqlı iş təklifi alacaqlar. Astroloqlar tələsik qərar qəbul etməməyi tövsiyə edirlər. Yaxşı-yaxşı düşünün. Axı köhnə iş yeriniz heç də pis deyildir, məvacibiniz də yaxşıdır. Onu buraxıb müəmmalı bir işə başlamaq nə dərəcədə doğrudur? Avantürizm heç vaxt müdrik və etibarlı məsləhətçi olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB