İşi yarımçıq qoymaq barədə əsla düşünməyin İşgüzarlara ulduz falı
QOÇLAR birmənalı cavabı olmayan, ətraflı düşünüb-daşınmağı tələb edən çətin vəziyyətə düşüblər. Astroloqlar xəbərdarlıq edirlər ki, son dərəcə diqqətli olmalısınız. İşi yarımçıq qoymaq barədə əsla düşünməyin. Yaxşı olar, bu günlərdə imzaladığınız müqavilələri bir daha gözdən keçirib, səhv addımlarınızı axtarıb tapasınız. Hələ gec deyil. Səbrlə çox şeyi dəyişdirə bilərsiniz.
BUĞALAR bu həftə həm özlərinə, həm də başqalarına şübhə ilə yanaşacaqlar. Tənqidi münasibət vacibdir və hətta faydalıdır, lakin ifrata varmadan. Əgər belə bir münasibət əlinizi işdən soyudursa, iradənizi zəiflədirsə, onda bütün şübhələri özünüzdən uzaqlaşdırmalısınız. Qarşıdan gələn çətinliklərə, o cümlədən psixoloji gərginliyə mətanətlə davam gətirməlisiniz.
ƏKİZLƏR məqsədə çatmaq üçün səylərini əsirgəməsələr, uğur qazanacaqlar. Soyuqqanlı hərəkət etməlisiniz. Asan və cəlbedici yoldan imtina etməlisiniz, çünki bu yolu seçsəniz, ziyana uğrayacaqsınız. Yalnız dəqiq hesablama və düşünülmüş strategiya məqsədə çatmağa kömək edəcəkdir.
XƏRCƏNGLƏR ümidsiz saydıqları işi Yupiter planetinin təsiri sayəsində başa çatdıracaqlar. Sizi layihədən kənarlaşdırmaq üçün min hoqqadan çıxan tərəfdaşlar sonunda aciz olduqlarını etiraf edəcəklər. Onlara göstərməlisiniz ki, sizsiz işləri keçməyəcək, uduzan özləri olacaqlar.
Yupiter ŞİRLƏRƏ özünəinam hissi bəxş edəcək və inandırıcı, tutarlı dəlillər axtarıb tapmağa kömək edəcəkdir. Dəlilləriniz əsaslı olsa, həmkarlar sizin tərəfinizi tutacaqlar.
QIZLAR yaranmış vəziyyətdə onlardan məhz hansı keyfiyyətlərin və addımların tələb olunduğunu dəqiq müəyyənləşdirməlidirlər. Yeni strategiya tərəfdaş, təchizatçı və müştərilərlə düzgün münasibətlər qurmağa, habelə çevik hərəkət etməyə, imkanlarınızdan daha yaxşı faydalanmağa kömək edəcəkdir.
Yay istirahətindən sonra TƏRƏZİLƏRİN işə dönmələri çətin olacaqdır, lakin Marsın təsiri iş əhval-ruhiyyəsinə köklənməyə və çətinliklərə davam gətirməyə kömək edəcəkdir.
ƏQRƏBLƏR Merkurinin köməyi ilə mühüm informasiya əldə edəcəklər. Bu informasiya onların həm karyerasına, həm də işlərinə təkan verəcəkdir. Ətrafdakıların sizdən nə istədiklərini yaxşı başa düşdüyünüz üçün lazımlı addımlar atıb, düzgün strategiya quracaqsınız.
OXATANLAR iş yerlərində yeni mərhələyə qədəm qoyurlar. Karyera yüksəlişi və gəlir üçün qarşınızda yeni imkanlar açılır. Özünüzü əsl mütəxəssis kimi təqdim etmək üçün yeni vəzifələrinizin icrasına çox məsuliyyətlə yanaşmalısınız.
Marsın təsiri OĞLAQLARA enerji bəxş edəcəkdir. Son günlərin ətaləti gümrahlıqla əvəz olunacaqdır. Ətrafdakılar sizdən nümunə götürəcəklər. Bu da ümumi işin xeyrinə olacaqdır. Bu həftə yaxınlarınızla nəvazişlə davranmalısınız. Problemin həllinin sizə görə daha yaxşı variantını təklif edəndə onların könlünə dəyməməyə çalışın.
DOLÇALAR məqsəd seçib planlı şəkildə ona doğru gedirlər. Tələsməyin, amma vaxtınızı da boş yerə itirməyin. Taleyiniz öz əlinizdədir, çoxdan gözlədiyiniz müvəffəqiyyət uzaqda deyil.
BALIQLARIN hər şeylə maraqlanmaları bu həftə öz bəhrəsini verəcəkdir. Maraqlı, lakin işdənkənar layihə işgüzar fəaliyyətinizin uğurlu istiqamətinə çevriləcəkdir. Daşınmaz əmlak bazarını diqqətlə öyrənin. Ola bilsin, yaxınlarınızın ürəyindən olan müqavilə imzalayacaqsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB