DSMF sədri Oğuzda qəbul keçirib

DSMF sədri Oğuzda qəbul keçirib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 26 avqust 2013-cü il tarixdə Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbulda iştirak edən vətəndaşlarin Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.

SİA-nın verdiyi məlumata görə, görüşdə 20-yə yaxın vətəndaşın müraciətlərinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən pensiyaların hesablanmasının bir sira hüquqi aspektləri ğüzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və stajla bağlı digər məsələlərə görə müraciət ediblər. Müraciətlərin ikisi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Bütün müraciətlərə operativ qaydada baxılaraq həll edilib və müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağı nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə