"Avqustun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, lakin yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Məlumata əsasən, sabah ölkənin rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək: "Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda 10-15 gecə, gündüz 21-26 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB