Yeni iş gününün hava proqnozu

"Sabah havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, həftənin ilk iş günündə Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Məlumata əsasən, avqustun 26-də ölkənin rayonlarında hava əsasən yağmursuz olacaq: "Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə