Zaqatalada zəlzələ olub

Bu gün Azərbaycanda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 06:18-də Zaqataladan 16 kilometr Cənub-Qərbdə, gücü 12 ballıq Rixter cədvəli üzrə 4,0 bala yaxın zəlzələ baş verib.

Yeraltı təkanlar Zaqatala və Balakənin zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 3,5-3,0 bal gücündə hiss olunub.

İlkin məlumata görə, zəlzələ nəticəsində insan tələfatı və tikililərdə dağıntı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə