Nəsirəddin Tusinin "Əsasül-iqtibas" adlı məntiq əsəri ilk dəfə olaraq fars dilindən azərbaycancaya tərcümə olunur. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu tərəfindən 3 ildir həyata keçirilən tərcümə işləri yekunlaşmaq üzrədir. Əsərin doğma dilimizdə nəşri bu ilin sonuna nəzərdə tutulur. Tərcüməçisi institutun baş laborantı Şahin Yəhya, elmi redaktoru isə Cəbr və riyazi məntiq şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əli Babayevdir.
Ə.Babayev bildirib ki, əsər fars dilində 600 səhifədən ibarətdir. Məntiq və fəlsəfə ixtisası üzrə təhsil alanlar əsərin azərbaycancasından ali məntiq dərsliyi kimi istifadə edə biləcək.
Xatırladaq ki, "Əsasül-iqtibas" "Şeyxur-rəis" təxəllüslü Əbu Əli ibni Sinanın "Şifa" adlı kitabından sonra yazılmış məntiq üzrə ən mükəmməl kitab hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB