Fransanın Konak şəhərindəki məscidlərdən biri naməlum şəxslər tərəfindən təhqirə məruz qalıb. Bu barədə İslamofibiyaya qarşı müşahidə məntəqəsinin sədri məlumat yayıb. O, son zamanlar demokratik ölkə kimi tanınan Fransada antisemitizm hallarının artdığını, qeyri millətlərin nümayəndələrinə qarşı münasibətlərin dəyişdiyini, onların dinlərinə hörmətsizlik göstərildiyini bəyan etmiş, məscidə qarşı bu təhqiri pisləyib. Sədr, eyni zamanda, 2012-ci ilin üçüncü rübü ilə müqayisədə cari ilin müvafiq dövründə Fransada islamofobiya aktlarının 35 faiz artdığını diqqətə çatdırıb.
Bildirilib ki, naməlum şəxslər avqustun 22-də gecə məscidin qapısı üzərindəki "məscid" sözünü pozaraq yerində "rədd olub gedin" sözlərini yazmış, divarlara xaç şəkilləri çəkiblər.
Şəhərin müsəlman sakinləri məscidə qarşı törədilən təhqirlə əlaqədar etiraz mitinqi keçirib, yerli orqanlardan bu nalayiq hərəkəti törədənlərin tezliklə tapılıb məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Əsgər Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB